COP29

Premyer Liqaya iddialı klubun PROBLEMİ YARANDI

21 Avqust 16:00 I Divizion 1 366
Premyer Liqaya iddialı klubun PROBLEMİ YARANDI

Azərbaycan I Liqasında 2024/2025 mövsümünün püşkü atılıb.

Ötən il olduğu kimi cari mövsüm aşağı dəstədə 10 komanda 3 dövrədən ibarət çempionatda yarışacaq.

Mövsüm sentyabrın 11-i başlayacaq.

Püşkə əsasən, “İmişli” açılış həftəsində “Baku Sportinq”i qəbul etməlidir. Amma çempionluğa iddialı aran təmsilçisi azarkeşlərini bir müddət gözlətməli olacaq.

Buna səbəb Heydər Əliyev adına İmişli şəhər stadionunun təmirə bağlanmasıdır.

İyundan bəri arenada yan qurğuların təmiri, ot örtüyünün yenilənməsi, baza təmiri və digər müxtəlif sahələrdə aparılan profilaktik və təmir işləri gedir.

Bu işlər klubun şəxsi kapitalı hesabına maliyyələşir. Son həftələrdə havaların anomal dərəcədə isti keçməsi ilə əlaqədar yenidənqruma tədbirlərinin icrasında fasilələr yaranıb.

Odur ki, stadionu sentyabrda istifadə vermək imkansızdır. Futbol qurğusu ən yaxşı halda oktyabrda qapılarını azarkeşlərin üzünə açacaq.

Komanda bu müddətdə ev oyunlarını başqa rayonlarda, yaxud Bakıda keçirməli olacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…