COP29

Bürünc medalçı 6 yeni futbolçu ilə gücləndi - Arasında tanınmış adlar var

22 Avqust 21:00 I Divizion 1 531
Bürünc medalçı 6 yeni futbolçu ilə gücləndi - Arasında tanınmış adlar var

MOİK yeni mövsümə hazırlıqlarını davam etdirir.

Ordu klubu toplanış üçün Sumqayıta sığınıb.

Kollektiv gündəlik məşqlərini "Kapital Bank Arenan"ın ikinci meydançasında edir.

Heyətin gücləndirilməsi yolunda işlər də görülür.

Artıq 6 yeni futbolçu komandaya dəvət olunub.

Ötən mövsümün bürünc medalçısı "Neftçi"dən yaxşı tanıdığımız Elşən Abdullayev, "Qarabağ"da çıxış etmiş "Cavid Tağıyevlə razılıq əldə edib.

Onlardan başqa gənclər millimizin sabiq üzvləri Nihad Tamazov, Vüsal Əsgərov Fərid Kərimzadə və "Neftçi"nin yetirməsi Elton Əlibəylinin də yeni mövsümü MOİK-də keçirəcəyi dəqiqləşib.

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti