COP29

"Bu həftə ərzində transfer işlərimizi yekunlaşdırmaq istəyirik"

13 Avqust 19:40 I Divizion 1 347
"Bu həftə ərzində transfer işlərimizi yekunlaşdırmaq istəyirik"

"Bu həftə ərzində transfer işlərimizi yekunlaşdırmaq istəyirik"

«Difai»nin baş məşqçisi Elgiz Kərəmli Sportinfo.az-a açıqlamasınla belə deyib.

Ağsu komandası I Liqada ikinci mövsümünə hazırlaşır. «Fədailər»in çalışdırıcı heyəti komplektləşdirmək yönündə addımlar atdıqlarını bildirib:

«İyul ayının 23-dən məşqlərə başlamışıq, ötən müddətdə iki yoxlama görüşü keçirmişik. Həmin oyunlar həm seleksiya xarakteri, həm də çempionata hazırlıq məqsədi daşıyıb.

Səkkiz yeni oyunçu transfer etmişik. Əlavə olaraq indi iki futbolçuyla danışıq aparırıq.

Bugünlərdə 19 nəfəri baxışdan keçirmişik. Keçənilki heyətdən 10 nəfərlə müqaviləni uzatmışıq. «Şəki Siti»də icarədə olan Sərcan Umarovu geri qaytamışıq.

Yeni transferlərdən Sahib Həsənov, Tolqar İbrahimov, Xəyyam Məmmədli və Seymur Əliyevi icarə əsasında heyətimizə qatmışıq. Nail Alışov, Elşən Səbbaği və Əli Mürsəlovla birbaşa müqavilə imzalamışıq.

Hazırda danışıqlar apardığımız oyunçulardan biri mərkəz müdafiəçisidir, digəri yarımüdafiənin mərkəzində çıxış edir.

Bu həftə ərzində transfer işlərimizi yekunlaşdırıb, çempionata komplektləşmiş heyətlə başlamaq istəyirik».

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…