I Liqada çıxış edən “Karvan” yeni mövsüm öncəsi təlim-məşq toplanışına daha bir legioner dəvət edib.
Yevlax təmsilçisi gürcüstanlı yarımmüdafiəçi Tornike Muzaşvilini sınaqdan keçirir.
Sportinfo.az xəbər verir ki, 26 yaşlı vinger məşqlərdə özünü yaxşı tərəfdən göstərə bilsə, onunla bir illik müqavilə imzalanacaq.
Tornikenin son klubu ölkəsinin “Barjomi” kollektivi olub.
Muzaşvili ölkəsinin 18 yaşlılardan ibarət milli komandasında da forma geyinib.