Ötən mövsüm I Liqada debüt edən və yerini qoruyan «Difai» transfer bazarında sürət yığıb.
Yeni sezona hazırlıq görən «fədailər» daha 3 futbolçu ilə güclənib.
Qarabağ qazilərinin təmsilçisi «Qəbələ»dən hücumçu Xəyyam Məmmədlini icarəyə götürüb.
Həmçinin «İmişli»dən yarımmüdafiəçi Tolqar İbrahimov və «Zirə»dən qapıçı Nail Abışovla müqavilə imzalanıb.
Onlardan başqa, 3 legioner baxışdadır. İranlı müdafiəçi, iki gürcü (biri hücumçu, digəri yarımmüdafiəçi) sınaqdan keçirilir.
Hazırda yoxlanışa gələnlər arasında bir neçə gənc də var.
«Difai» sabah ilk yoxlama görüşünə çıxacaq. I Liqanın debütantı «Cəbrayıl» ilə üz-üzə gələcəklər.
SPORTİNFO.AZ