COP29

Bölgə klubunun transfer cəhdi niyə baş tutmadı?

31 İyul 23:40 I Divizion 1 470
Bölgə klubunun transfer cəhdi niyə baş tutmadı?

"İmişli" Azərbaycan millisinin sabiq üzvünə təklif yollayıb.

Bölgə klubu hazırda klubsuz olan Amil Yunanovu heyətinə qatmaq istəyib.

Amma təcrübəli futbolçu Birinci Liqa təmsilçisindən gələn təklifə isti yanaşmayıb.

Yunanov ötən mövsüm "Səbail"ə məxsus olub.

O, qışa kimi bayıl təmsilçisində, mövsümün ikinci yarısını isə bölgə klubunda icarədə keçirib.

Forvard "Kəpəz" formasında keçirdiyi 15 matçda 3 qol, 2 asistlə yadda qalıb.

Milli komandamızın 31 yaşlı sabiq hücumçusu "Kəpəz" və Səbail"dən başqa "Sumqayıt", "Şamaxı" və "Qəbələ" klublarında da çıxış edib.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti