COP29

Qazilərin klubu 9 futbolçusunu düşərgəsində saxladı

10 İyul 18:00 I Divizion 756
Qazilərin klubu 9 futbolçusunu düşərgəsində saxladı

«Difai» növbəti mövsümün transfer çalışmalarını davam etdirir.

I Liqada ikinci mövsümünü keçirəcək «fədailər» artıq 9 futbolçu ilə yeni müqavilə imzalayıb.

Bunlar Əzəmət Ələkbərli, Seymur Rəhimov, Kamil Hüseynov, Emil Quluzadə, Əbil Əbilov, Benjamin Ebuka, İlham Allahverdiyev, Tahir Zeynalov və Kristian Kamtadır.

Qarabağ qazilərinin təmsilçisi ötən ya 14 oyunçu ilə yolları ayrıb. Əlirza Müştəbazadə «Səbail»dən dəvət alıbsa, icarə müddəti bitən Bayraməli Qurbanov «Araz-Naxçıvan»a qayıdıb.

Həmçinin Aleksandr Prikrostov, Maksimilian Şilder, Coşqun Əsədzadə, Gülalı Mehrəliyev, Qurban Hüseynov, Məqsum Qənbərli, Rəsul İbrahimov, Samir Əliyev, Rəhman Quliyev, Ramin Süleymanov, Valeh Qəhrəmanlı və Nazim Bağırovla müqavilənin müddəti uzadılmayıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti