COP29

Güc nazirliyinin klubuna yeni baş məşqçi axtarılır

6 İyul 21:20 I Divizion 1 873
Güc nazirliyinin klubuna yeni baş məşqçi axtarılır

MOİK rəhbərliyi yeni baş məşqçi axtarışına çıxıb.

l Liqada mübarizə aparan ordu təmsilçisi növbəti mövsümə Qəzənfər Abbasovla başlamaq istəmir.

Artıq bir neçə mütəxəssislə görüş keçirilib. Onlardan MOİK-də işləməyə razılıq verənlər də var, «yox» deyənlər də.

Müdafiə Nazirliyinin komandasına məsul şəxslər danışıqlar apardıqları məşqçilərdən çempionluq tələb edib.

İdarəçilərlə Abbasov arasında problem mövcuddur, Münasibətlərdəki gərginlik bir neçə ay əvvəl yaranıb.

Görünür, ötən sezonu bürünc medalla başa vurmaq da ilişkilərdəki «soyuq buzlar»ı əritməyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti