COP29

I Liqada ilk dəfə çıxış edəcək klubda yeni baş məşqçi

4 İyul 23:20 I Divizion 992
I Liqada ilk dəfə çıxış edəcək klubda yeni baş məşqçi

Elhad Nəziri "Cəbrayıl" FK-nın baş məşqçisi təyin edilib.

Sportinfo.az xəbər verir ki, bu haqda klubun yaydığı açıqlamada bildirilib.

B kateqoriyalı baş məşqçi ilə 1 illik müqavilə imzalanıb.

Elhad Nəziri futbolçu kimi "Lokomotiv" (Bakı), "Milsami" (Moldova), "Petrolul" (Rumıniya),"İnter" (Bakı), "Metralul" (Rumıniya) klublarının formasını geyinib. Rumıniya kubokunun qalibi və çempionatın bürünc mükafatçısı olub.

Gənc çalışdırıcı “Cəbrayıl” FK ilə Region Liqasının qalibi və II Liqanın gümüş medalçısı olub.

Daha əvvəl "Cəbrayıl"ın baş məşqçiai olmuş Cavid Hüseynov isə yeni mövsümdə "Turan Tovuz"da Kurban Berdəyevin köməkçisi kimi çalışacaq.

Digər Xəbərlər
Xəbər Lenti