COP29

"Azı gərək 1 milyon manata yaxın büdcən olsun ki, Premyer Liqa üçün mübarizə aparasan"

28 İyun 17:00 I Divizion 826
"Azı gərək 1 milyon manata yaxın büdcən olsun ki, Premyer Liqa üçün mübarizə aparasan"

«Bu il çempionluq uğrunda mübarizə aparmaq çox çətin olacaq».

Bu sözləri Sportinfo.az-a açıqlamasında «Zaqatala»nın Müşahidə Şurasının üzvü Musa Qurbanov deyib.

I Liqada çıxış edən klubun növbəti mövsümlə bağlı planlarından danışan müsahib bildirib ki, klubun maliyyə dayaqları zəifdir:

«Bu da yaxşı nəticə qazanmağa əngəl olur. Düzdür, bir neçə ay əvvəl Futbolun İnkişaf Fondunun vasitəsilə «Zaqatala»ya yeni sponsor cəlb edilib, amma ödənilən məbləğ o deyil.

Həmin vəsaitlə aylıq xərclərin yalnız bir hissəsini qarşılamaq mümkündür. Bir neçə yerli iş adamı var ki, onlar da az-çox kluba dəstək olmağa başlayıb.

Təbii ki, bütün bunlar kifayət etmir. Birinci Liqada komanda saxlamaq ilbəil çətinləşir.

Hər şey bahalaşıb. Futbolçuların qiymətləri də xeyli dərəcədə artıb. Keçən il 500-600 manata oynayanlar indi iki-üç dəfə artıq maaş istəyir.

İndi 600-700 min manatlıq büdcəylə də çempionluğa iddia etmək olmaz. Ən azından, 1 milyon manata yaxın büdcən olsun ki, Premyer Liqa üçün mübarizə aparasan.

Bildiyimə görə, «Zaqatala»nın bir çox futbolçusuna başqa klublardan təklif gəlib. Getmək istəyirlər.

Ötənilki heyətin özünü saxlamaq çətin məsələyə çevrilib. Növbəti mövsümdə, yəqin ki, gənclərə üstünlük veriləcək.

Güman edirəm ki, orta sıralardan birini tutacaq komanda formalaşdırılacaq».

Digər Xəbərlər
Xəbər Lenti
30 İyun 19:50 Çək və bizə göndər!
30 İyun 11:30 Sizə kifayət edəcək