COP29

AFFA-nın təlimatçısı rayon komandasının sükanı arxasına keçdi

28 İyun 11:20 I Divizion 1 157
AFFA-nın təlimatçısı rayon komandasının sükanı arxasına keçdi

Azərbaycan I Liqasında mübarizə aparan “İmişli”nin yeni baş məşqçisi müəyyənləşib.

Sportinfo.az klubun feysbuk səhifəsinə istinadən xəbər verir ki, komanda Fərid Namazova tapşırılıb.

O, karyerası ərzində “Səbail” və “Qarabağ”da, həmçinin U-19 milli komandamızda məşqçi kimi çalışıb. F.Namazov AFFA və UEFA-nın lisenziya kurslarında təlimatçı kimi də fəaliyyət göstərib.

Son mövsümü I Liqada dördüncü pillədə başa vuran “İmişli” bir müddət əvvəl baş məşqçi Əsgər Abdullayevlə yollarını ayırıb.

Digər Xəbərlər
Xəbər Lenti
30 İyun 19:50 Çək və bizə göndər!
30 İyun 11:30 Sizə kifayət edəcək