COP29

Puç olan Pemyer Liqa ümidləri, təhlükə altında qalan gələcək

21 İyun 16:20 I Divizion 1 817
Puç olan Pemyer Liqa ümidləri, təhlükə altında qalan gələcək

Birinci Liqada 2023/24 mövsümü "Şamaxı"nın çempionluğu ilə başa çatdı.

Qalib olmaq uğurunda son tura qədər "Qaradağ Lökbatan"la gərgin mübarizə getdi.

Çempionluq məqsədilə yola çıxan "İmişli" isə sonda heç medalçılar sırasına belə düşə bilmədi.

Halbuki rəhbərlik bunun üçün bir sıra addımlar atmışdı.

Təcrübəli mütəxəssis Əsgər Abdullayev baş məşqçi postuna gətirilmişdi. Bir neçə legioner və təcrübəli yerli futbolçularla heyət gücləndirilmişdi.

Düzdü, qonaq komandalar bəzən yuyunmaq üçün İmişli şəhər stadionunda isti su belə tapa bilmirdi. Bütün maliyyə yerli-yersiz futbolçu və məşqçi heyətinə axıdılmışdı. Bu da yalnış qərarın ağır nəticəsi.

Komanda nəinki Premyer Liqaya vəsiqə qazana bilmədi, hətta ilk "üçlük"də belə qərarlaşmaq mümkün olmadı.

Bu isə gələcəyə də yaxşı nəsə vəd etmir. Reallıq ondan ibarətdir ki, hazırkı kollektivlə ciddi uğur əldə olunması çətin görünür.

Nəzərə alaq ki, növbəti mövsüm aşağı liqada mübarizə daha gərgin keşəcək. "Qəbələ"nin gəlişi, digər klubların daha da güclənmək perespektivi belə düşünməyə ciddi əsas verir.

Deməli, yenidən baş məşqçi məsələsinə baxılmalıdır. Əsgər Abdullayevlə çox uzağa getmək mümkün görünmür.

Yeni gələcək çalışdırıcı da məntiqli olaraq öz komandasını qurmaq istəyəcək. Bütün bunlar isə əlavə yaxşı maliyyə tələb edir. Ötən mövsüm bütün ümidləri puç çıxan sponsorların yenidən əlini cibinə salacağı isə inandırıcı görünmür.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 02:50 Yeni baş katib kimdir?