COP29

Premyer Liqa yolu bağlandı, konkret səbəb göstərdi: “Bəlkə də buna görə...”

19 May 16:30 I Divizion 2 835
Premyer Liqa yolu bağlandı, konkret səbəb göstərdi: “Bəlkə də buna görə...”

“Məqsədimiz qələbə qazanmaq idi və düşünürəm ki, futbolçular bunun üçün əllərindən gələni etdilər”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında finala bərabər oyunda “Şamaxı”ya məğlub olan “Qaradağ Lökbatan”ın baş məşqçisi Azər Həşimov deyib.

Premyer Liqaya yüksəlmək uğrunda mübarizə aparan komandaların duelində lökbatanlılar qələbə qazanacaqları halda elitaya vəsiqəni rəsmiləşdirəcəkdi. Heç-heçə də qəsəbə təmsilçisinin işinə yarayacaqdı.

Ramiz Məmmədovun çalışdırdığı kollektiv rəqibinə şans vermədən 3:2 hesablı əzmkar qələbə ilə xallarının sayı 53-ə yüksəldib turnir cədvəlinin ilk pilləsinə qalxdı. “Qaradağ” isə 52 xalla ikinci yerə yuvarlandı.

Həşimov məğlubiyyətə səbəb kimi bəzi futbolçuların təcrübəsizliyini göstərib:

“Stresli oyun idi. Bəlkə də buna görə çox sayda fərdi səhvlərə yol verdik. Bəzi futbolçularda təcrübə çatışmazlığı fərdi səhvlərə yol açdı.

Sona yaxın hesabı bərabərləşdirmək üçün yaxşı imkanlarımız var idi. Böyük qüvvə ilə irəli atılsaq da, qol istəyimizə nail ola bilmədik.

“Araz Saatlı” hesabat turunda üçüncü yerin sahibi “İmişli” üzərində qələbə qazanmaqla rəqib komandada baş məşqçi dəyişikliyinə səbəb oldu. Ümid edirəm ki, “Şamaxı” ilə oyunda da əllərindən gələni edəcəklər”.

I Liqanın sonuncu – 27-ci turunda “Şamaxı” doğma meydanda “Araz Saatlı”nı qəbul edəcək, “Qaradağ Lökbatan” səfərdə “Mingəçevir”in qonağı olacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?