COP29

"Bu, bizim səlahiyyətimizdə olan məsələ deyil" - RƏSMİ AÇIQLAMA

19 May 18:35 I Divizion 1 154
"Bu, bizim səlahiyyətimizdə olan məsələ deyil" - RƏSMİ AÇIQLAMA

"Şamaxı" Birinci Divizionun sonuncu turunda qarşılaşacaqları "Araz Saatlı" ilə matç üçün VAR-la bağlı Peşəkar Liqasına müraciət etməyi düşünmür.

Bu barədə klubun mətbuat xidmətinin rəhbəri Yusif Hüseynov Sportinfo.az-a açıqlamasında "Qaradağ Lökbatan"la qarşılaşmadan sonra komandanın baş məşqçisi Ramiz Məmmədovun növbəti oyun üçün də PFL-dən VAR-ın göndərilməsini xahiş edəcəkləri barədə açıqlamasına münasibət bildirərkən deyib:

"Baş məşqçimizin fikirləri ilə tanışıq. Biz “Qaradağ Lökbatan”la matçda VAR-ın olacağını sonradan bildik.

Həm AFFA, həm PFL rəhbərliyi özləri qərar verib. “Araz Saatlı” ilə bizi çox vacib bir oyun gözləyir, bütün fikrimizi bu oyuna yönəltmişik.

VAR-la bağlı müraciət etmək bizim səlahiyyətimizdə olan məsələ deyil".

Иu mövsüm ilk dəfə Birinci Liqanın "Qaradağ Lökbatan" - "Şamaxı" oyununda VAR-dan istifadə olunub.

"Şamaxı" son turda "Araz Saatlı"nı məğlub etsə Birinci Liqanın çempionu olacaq.

XANOĞLAB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
7 Sentyabr 20:40 Qoçu və əfəl
7 Sentyabr 18:10 Çək və bizə göndər!
7 Sentyabr 17:00 İki “Sabah” var…
7 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
7 Sentyabr 13:20 Millimiz Niderlanda yenildi
7 Sentyabr 10:40 Hələ seçim etməmisiz?
7 Sentyabr 08:40 Öncə Santuş, sonra...
7 Sentyabr 04:50 Xoş gəldin, Santuş baba
7 Sentyabr 01:50 “Difai”harada oynayacaq?