I Liqada mübarizə aparan «Difai»nin kollektivi bir araya gəlib.
Bu dəfə məşqə və ya oyuna hazırlaşmaq üçün yox.
Qarabağ qazilərini təmsil edən klubun rəhbərliyi tərəfindən «fədailər»ə iftar verilib. Bu məqsədlə Bakının tanınmış məkanlarından birində məclis qurulub.
Yüksək əhval-ruhiyyədə keçən tədbirdə mövsümün gedişi ilə bağlı müzakirələr də aparılıb.
Prezident Asəf Məlikov və vitse-prezident Cavidan Qorçıyev öz gözləntilərini dilə gətirib, komandanın uğurlu çıxışına inandıqlarını bildiriblər.
SPORTİNFO.AZ