COP29

Aşağı liqanın imkanlı klubu 2 keçmiş məşqçisini geri qaytardı

17:20 I Divizion 1 444
Aşağı liqanın imkanlı klubu 2 keçmiş məşqçisini geri qaytardı

I Liqada çıxış edən «İmişli»də iki yeni məşqçi təyinat reallaşıb.

Klub rəhbərliyi Ruhid Usubovu yenidən əsas komandaya qaytarıb.

Ötən mövsüm Əsgər Abdulayevin əsas köməkçisi olmuş yerli mütəxəssis bundan sonra da eyni işi görəcək.

Həmçinin Abdullayevin vaxtında qapıçılar üzrə yardımçı funksiyasını yerinə yetirmiş, daha sonra Adil Şükürovun dəvətiylə «Kəpəz»ə yollanmış Elşad Tahirov 1 il sonra «İmişli»yə dönüb.

Premyer Liqaya vəsiqə uğrunda mübarizə aparan komandanı son 1 ayda iki məşqçi tərk eləyib. Əyyub Əliyev və Zeynalabidin Hüseynov buradan gedib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti