Birinci Liqada çıxış edəcək "Baku Sportinq" daha bir legioneri transfer edib.
Sportinfo.az xəbər verir ki, paytaxt klubu 23 yaşlı serbiyalı Uroş Jemoviçlə anlaşıb.
Hücumçu ilə bir illik müqavilə imzalanıb.
Jemoviçin son klubu Serbiyanın “Dunav Prohovo” olub.
"Baku Sportinq" ondan əvvəl isə Luka Stefanoviçi heyətinə qatmışdı.