COP29

"Qaradağ"ın qonağı oldular, "qol pərdəsi"ni araladılar, sonra… FOTOLAR

10 Avqust 11:40 I Divizion 1 681
"Qaradağ"ın qonağı oldular, "qol pərdəsi"ni araladılar, sonra… FOTOLAR

I Liqada ikinci mövsümünə hazırlaşan «Difai» növbəti yoxlama matçına çıxıb.

«Fədailər»in budəfəki sparrinqi «Qaradağ Lökbatan» olub.

Lökbatan Olimpiya Kompleksində keçirilən görüş ev sahiblərinin 2:1 hesablə qələbəsiylə başa çatıb. «Difai» ilk hissədə hesabı açan tərəf olub.

Baxışa gələn Zöhrab Əsədov fərqlənib.

Qonaqlar fasilədən sonra heyəti dəyişib, əsasən yoxlanışda olanlar meydana baraxılıb. I Liqanın gümüş medalçısı yalnız belədə üstünlük qazanıb və iki qol vurub.

Qarabağ qazilərinin ilk yoldaşlıq mücadiləsində «Cəbrayıl»la qarşılaşmasını xatırladaq. Həmin oyun ikincilərin 4:3 hesablı qələbəsiylə yekunlaşıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
11:20 Bir-bir…