
I Liqada 21-ci tura yekun vurulub.
Son oyun günündə mövsümü ilk "3-lük"də başa vurmağı təmin edən "Qəbələ" doğma rayonda "Difai"ni qonaq eləyib.
Premyer Liqaya vəsiqəni ötən həftə cibinə qoymuş "qırmızı-qaralar" meydanara rahat çıxmayıb. Məğlubiyyətsiz çempion olmaq istəyini elə ilk dəqiqələrdən göstəriblər.
Artıq 7-ci dəqiqədə hesab açılıb. Domi Massumo müdafiənin mərkəzində yaranmış boşluqdan maksimum yararlanıb.
Sürətini azaltmayan ev sahibləri 16-18-ci dəqiqələr aralığında daha iki qol vurub. Öncə Elşad Tağıyev, ardınca Nicat Əliyev fərqlənib. Fasilədən bir qədər keçmiş isə sonuncu dublunu rəsmiləşdirib.
Bu, axırıncı qol olmaya bilərdi. Ötən tur «Karvan»dan 5 qol buraxmış qonaqların müdafiə xətti Qəbələdə də bərbad təsir bağışladı.
Aydın Qasımovun əsas heyətdə etdiyi dəyişiklər səmərə vermədi, qapıya keçən Nail Alışov Sahib Həsənovdan geri qalmayan səhvləri ilə «Qəbələ»nin işini asanlaşdırdı. Buraxdığı dörd qoldan üçündə onun səhvi var idi.
Kaxaber Sxadadzenin çalışdırdığı komanda hər iki yarıda xeyli təhlükəli epizod yaratdı. Rəqibin cərimə meydançasına daxil olmaq onlar üçün su içməkdən də asan bir işə dönmüşdü.
Texnikalı oyun sərgiləyən, düşünülmüş gedişlər tətbiq edən, bəzən iki-üç ötürmə, bəzən uzun paslarla müdafiənin arxasına keçən «qırmızı-qaralar» qaçırdığı fürsətləri üst-stə gəlsək, hesab ikirəqəmli həddə çata bilərdi.
«Fədailər» oyun ərzində yalnız 1 dəfə «Qəbələ»nin qapısı önündə göründü, onda da Muhammed Alfa yaxzın məfasədən zərbə endirməyə gecikdi.
Başqa? İki turdur «Difai»nin oyununda ciddi eniş nəzərə çarpmaqdadır. Futbolçular vəziyyətin kritikliyini anlamasa, sonuncu pillə tezliklə onları «bağrına basacaq».
SPORTİNFO.AZ
"Qəbələ" - "Difai" 4:0
Qollar: Domi Massumo, 7; Elşad Tağıyev, 16; Nicat Əliyev, 18; 57
Qəbələ şəhər stadionu. 200 tamaşaçı
Baş hakim: Rövşən Rəcəbov
Baş hakimin köməkçiləri: Nurlan Əhmədzadə, Sadiq Əliyev
Dördüncü hakim: Niyaz Əhmədov
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Sarı vərəqələr: Elvin Yunuszadə, 22 (qeyri-idman hərəkəti); Samir Həsənov, 75 (qeyri-idman hərəkəti) // Seymur Əliyev, 49 (qeyri-idman hərəkəti); Xəyal Bədirov, 56 (qeyri-idman hərəkəti); Tahir Zeynalov, 58 (qeyri-idman hərəkəti); Mahir Həsənov, 65 (qeyri-idman hərəkəti); Fərid Kərimzadə, 86 (hakimin qərarına etiraz)
Artırılan vaxt: I hissədə - yoxdur; II hissədə - yoxdur
“Qəbələ”
1. Səlahət Ağayev (k)
32. Elvin Yunuszadə
(74. Süleyman Damadayev, 46)
28. Murad Musayev
8. Urfan İsmayılov
(6. Emil Süleymanov, 63)
97. Elşad Tağıyev
13. Nicat Əliyev
20. Oçe Oçoveçi
(19. Abdullahi Şuaybu, 63)
5. Samir Həsənov
14. Domi Massumo
(21. Ziya Şəkərxanov, 79)
66. Nuğay Rəşidov
(22. Fərid İsgəndərov, 63)
10. Şahin Şahniyarov
Ehtiyat oyunçular:
12. Müşfiq Nadirov
94. Həbib Hüşənov
11. Asif Məmmədov
9. Ruslan Voronsov
25. İbrahim Ramazanov
26. Elnur Mustafayev
Baş məşqçi: Kaxaber Tsxadadze
“Difai”
85. Nail Alışov
55. Seymur Əliyev (k)
10. Tahir Zeynalov
(5. Ömər Məmmədzadə, 63)
17. Riad Abbaszadə
(7. Ceyhun Muxtarlı, 63)
6. Xəyal Bədirov
(9. Kristian Kamta, 71)
2. Seymur Rəhimov
20. Mahir Həsənov
24. Rəvan Əvəzov
(11. Fərid Kərimzadə, 46)
32. Xəyyam Məmmədli
(44. Yaqub Yusubov, 63)
66. Arzu Atakişiyev
19. Muhammed Alfa
Ehtiyat oyunçular:
1. Sahib Həsənov
50. Qurban Hüseynov
Məşqçi: Aydın Qasımov