Azərbaycanda daha bir baş məşqçi ayrılığı - SON DƏQİQƏ

10 Fevral 10:40 I Divizion 5 161
Azərbaycanda daha bir baş məşqçi ayrılığı - SON DƏQİQƏ

I Liqada yarışan «Difai»də baş məşqçi ayrılığı gerçəkləşib.

Çempionatın son turunda «Qəbələ»yə 0:1 hesabıyla uduzan «fədailər»in Xaqani Məmmədovla işbirliyi axıra çatıb.

Tərəflər qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam verib.

X.Məmmədov ötən ilin noyabr ayının əvvəlində komandanın sükanı arxasına keçmişdi. Qarabağ qazilərinin təmsilçisi ötən 3 ay ərzində onun rəhbərliyi ilə 5 xal toplayb.

«Difai» bu müddət ərzində «Baku Sportinq»i 2:0 hesabıyla üstələyib, «Mingəçevir» və «Karvan»la heç-heçə edib.

14 tura 9 xal toplayan kollektiv hazırda turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.

SPORTİNFO.AZ

Görəvə gələn baş məşqçinin komandaya ilk mesajı nə oldu? - FOTOLAR

Digər Xəbərlər
Xəbər Lenti
10 Fevral 20:20 Razılaşdılar - VİDEO