I Liqada 2024-cü ili «Cəbrayıl»la qolsuz heç-heçə edərək bitirən «İmişli»də «yarpaq tökümü» başlayıb.
Baş məşqçi Fərid Namazovun istəyi ilə 3 futbolçu düşərgəni tərk edib.
«Şamaxı»dan gəlmiş Bahadur Həziyevlə icarə müqaviləsinə vaxtından əvvəl xitam verilib. Onun yanaşı, Fərid Kərimzadə yola salınıb.
Gedənlərin arasında millinin və «Neftçi»nin sabiq müdafiəçisi Tərlan Quliyevin də adını görürük. Bu da son deyil.
Qapıçılar üzrə məşqçi Əyyub Əliyev də İmişli rayonunun eyniadlı təmsilçisi ilə vidalaşıb.
Maraq üçün bildirək ki, I Liqanın iddialı komandası 11 turdan sonra topladığı 21 xalla 3-cü pillədə qərarlaşıb ki, bu göstəricidə lider “Qəbələ”dən 8 xal geridədir.
SPORTİNFO.AZ