«Mingəçevir»in yeni baş məşqçisinin kimliyi rəsmən təsdiqlənib.
Füzuli Məmmədov I Liqa klubunda işə başlayıb. Komandanın sükanı arxasında Ədahim Niftəliyevi əvəzləyən mütəxəssis özünə 3 köməkçi götürüb.
O, U-18 yığmasında bərabər çalışdığı Rafael Əmirbəyov, Rauf Mehdiyev və Mehman Yunusovu özüylə «işıqlar şəhəri»nə aparıb.
«Mingəçevir» 11 turdan sonra turnir cədvəlinin axırıncı – 10-cu pilləsində yer alıb. Oyun «alver»inə dair qalmaqal yaşamış komandanın aktivində cəmi 6 xal var.
SPORTİNFO.AZ