I Liqada çıxış edən «Difai»nin qış hazırlıq planına böyük ölçüdə aydınlıq gəlib.
11 turdan sonra 8 xalla turnir cədvəlinin səkkizinci pilləsində yer alan «fədailər» yanvarın 5-də bir araya gələcək.
«Neftçi»nin Bakıxanov qəsəbəsində yerləşən təlim-məşq bazasında çalışmalara start verəcək komanda hazırlıq müddətində paytaxtdan kənara çıxmayacaq.
Xaqani Məmmədovun çalışdırdığı kollektivin bu müddətdə 3 yoxlama görüşündə qüvvəsini sınaması gözlənilir.
Qazilərin klubu bununla paralel transfer bazarında da fəallıq göstərir.
Maksimilian Şilder, Nicat İsmayılov, Kamil Hüseynov, İlham Allahverdiyev və Sənan Ağayevlə yolları ayrılan «Difai» hazırda 8 futbolçu ilə danışıqlar aparır.
Onların arasında həm I Liqa, həm də Premyer Linada çıxış edənlər var.
SPORTİNFO.AZ