Komandanı “gizlətmək” üçün stadiona girişi qadağan etdilər, hər tərəfə “göz” qoydular!

25 Fevral 14:00 I Divizion 1 629
Komandanı “gizlətmək” üçün stadiona girişi qadağan etdilər, hər tərəfə “göz” qoydular!

Fevralın 27-28-i aralığında I Liqada 16-cı turun görüşləri keçiriləcək.

Hesabat həftəsinin ən prinsipial qarşılaşmalarından biri Mingəçevirdə baş tutacaq.

Turnir cədvəlində son sıranı tutan ev sahibi komanda burada «Difai»ni qəbul edəcək. 11 xala malik «işıqçılar» ondan 2 xal çox toplamış qonaqlarla qarşılaşmaya xüsusi hazırlıq görür.

Bu barədə düşərgədən redaksiyamıza maraqlı məlumatlar daxil olub.

Verilən informasiyaya görə, Füzuli Məmmədovun tələbi ilə rəhbərlik Yaşar Məmmədzadə adına stadionda mühafizə dəstəsi yerləşdirib.

Baş məşqçinin tapşırığını yerinə yetirən idarəçilər komandanın məşqi zamanı arenaya azarkeşlərin daxil olmasını yasaqlayıb.

2020-cü ilin noyabrında «Neftçi»dən qovulmuş mütəxəssis fanatların hazırlıq prosesindən foto və video çəkib sosial şəbəkələrdə paylaşmasını istəmədiyi üçün belə bir qərar verib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti