"Türkiyədən Azərbaycana transfer olunmaqla düz etdim"

Sportinfo.az xəbər verir ki, IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanan Azərbaycan taekvondoçusu Yaprak Eriş sualları cavablandırıb.

 

Yarışın qalibi oldunuz. Təəssüratlarınız necədir?
- Qızıl medal qazandım, Allaha şükürlər olsun. Yarış gözəl keçdi. Dəstəyə görə Azərbaycan xalqına təşəkkür edirəm.

 

Qızıl medal əldə edəcəyinizi gözləyirdinizmi?
- Əlbəttə, bütün yarışlarda hədəfim birici olmaqdır. Buna uyğun məşqlər keçmişdim. İstəyimə nail oldum.

 

Finalda həmyerliniz Dürdanə Altunelə qalib qalib gəldiniz. Bu barədə nə deyə bilərsiniz?
- Türkəm, həlledici görüşdəki rəqibim də Türkiyə təmsilçisi idi. Bu səbəbdən, ikiqat həyəcanlı idim. Türkiyədən Azərbaycana transfer olunmaqla düz etdiyimi göstərdim.

 

Valideynləriniz qələbəniz barədə nə söylədilər?
- Bura mənə yad deyil, qardaş ölkəni təmsil edirəm. Heç bir şey demədilər.

 

Qələbəniz həm də Türkiyəyə özünüzü sübut anlamına gəlirmi?
- Əlbəttə, özümü isbatladım.

 

Gələcəkdə Türkiyə yığmasına çağırsalar necə, gedəcəksinizmi?
- Xeyr, qayıtmaram.

Tarix: 17 May 15:48    Oxunub: 364    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Oktyabr 2017
17 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.