"AAAF Park"da ev alan futbol adamına "atdılar" - Pul da getdi, o da!

Milli dərəcəli hakim, AFFA Hakimlər Komitəsinin üzvü Mariya Qasımova bir fırıldağın qurbanı olub. Sportinfo.az-ın məlumatına görə, gənclər və qızlar arasında ölkə çempionatının oyunlarına təyinat alan xanım "ədalət təmsilçisi" Cavid adlı iş adamı tərəfindən aldadılıb.

 

Xırdalan şəhərində yerləşən "AAAF Park" Yaşayış Kğmpleksinin ərazisində bina tikən bu şəxs 2015-ci ilin fevralında ondan 13500 manat alıb. Sövdələşməyə əsasən, 10 mərtəbəli binanın sonuncu qatında ümumi sahəsi 54 kv/metr olan 1 otaqlı və mansartlı mənzil götürən hakimə burda yaşamaq qismət deyilmiş.

 

Razılaşmaya görə, 1 il ərzində tikilib başa çatdırılan evə Qasımova 30000 manat ödəməliymiş. Üç il ərzində 15000 manatı (hər il 5000) da verərək, tikintini aparan şirkətlə arasındakı haqq-hesabı bağlamalıymış. Sən saydığını say, gör, bu işbaz nə sayır!

 

Bina vaxtında istismara verilsə də, Qasımova nə bura köçə, nə də əliylə saydığı pulu geri ala bilir. Sözügedən şəxs şirkətin ofisinin qapısına qıfıl vuraraq, aradan çıxıb. Telefon zənglərinə isə cavab vermir. "AAAF Park"ın rəhbərliyindən də bir kömək yoxdu. Buranın sahibi ağır atleika üzrə millinin baş məşqçisi Tofiq Heydərovdu - ətdən ətrafına üçqat hasar çəkən zat.

Tarix: 16 May 20:36    Oxunub: 918    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 Aprel 2018
24 Aprel 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.