Rusiyada yaşayan gürcü Azərbaycan millisinə təklif olundu

Rusiyalı qadın cüdoçu Kseniya Tuquşi Azərbaycan millisinə təklif olunub. Sportinfo.az xəbər verir ki,  qonşu ölkənin Şimal-Qərb Federal Dairəsində cüdonun inkişafına cavabdeh olan əslən azərbaycanlı məşqçi Elman Qurbanov məlumat verib.


O bildirib ki, yetirməsi olan 23 yaşlı idmançının keçidi ilə bağlı hazırda danışıqlar gedir: "Tuquşi milliyyətcə gürcüdür, 48 kq çəki dərəcəsində iki dəfə Rusiya çempionatının bürünc mükafatçısı, gənclər arasında Rusiya Kubokunda gümüş və bürünc mükafatçı olub, Avropa Kubokunda çıxış edib.

 

Bilirəm ki, Azərbaycanda qadın cüdoçulara böyük ehtiyac var. Mən də öz ölkəmə əlimdən gələn köməyi göstərmək üçün yetirməm olan Kseniyanı təklif etmişəm. Hazırda Azərbaycan Cüdo Federasiyası ilə danışıqlar gedir. Alınsa, onu Bakıya gətirəcəyəm".

Tarix: 7 Yanvar 13:12    Oxunub: 199    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 Yanvar 2017
19 Yanvar 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.