Dünya çempionatı 2018-ci ildə Bakıda keçiriləcək - QƏRAR!

"2018-ci ildə cüdo üzrə dünya çempionatı Bakıda keçiriləcək" - Sportinfo.az-ın məlumatına görə, bunu Beynəlxalq Cüdo Federasiyasının (İJF) prezidenti Marius Vizer Bakıda jurnalistlərə açıqlamasında deyib. 


M.Vizer İJF-nin hakimlər və məşqçilər üçün təşkil etdiyi beynəlxalq seminarından danışıb: "Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayevlə birgə bu cür seminar təşkil etdiyimizə görə, böyük qürur hissi keçirirəm. Seminarda 100 ölkədən 400-ə yaxın iştirakçı var.

 

Qaydalarda bəzi dəyişikliklər etmişik. Cüdonu daha sadələşdirmək və cəlbedici etmək, bir az dinamik idman növünə çevimək üçün bu cür addım atmışıq. Azərbaycan dövlətinə, SOCAR-ın bizimlə birgə işləməsinə görə, minnətdarlığımı bildirirəm. Azərbaycana da cüdoya köməyə görə, təşəkkür edirəm".

Tarix: 7 Yanvar 10:36    Oxunub: 229    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

28 May 2017
27 May 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.