"Qarabağ"la Ağanın rəsmi "nikah"ı

"Qarabağ" Ağabala Ramazanovun transferini açıqlayıb. Beləliklə, ağdamlılar 2016/17-ci illər mövsümünün qış transfer pəncərəsində növbəti transferini gerçəkləşdirdi. Klub "İnter"dən ayrılan milli komandamızın üzvü Ağabala Ramazanovla 1,5 illik müqavilə imzalayıb.
 
Sportinfo.az xəbər verir ki, 24 yaşlı hücumçu daha əvvəl "Neftçi", "Xəzər Lənkəran", "Sumqayıt" və "İnter" klublarının formasını geyinib. 2014-cü ildən milli komandamıza dəvət alan Ağabala 1 qolla yadda qalıb. Ağabala bu gün komandanın Antalyada baş tutan qış təlim-məşq toplanışına qoşulub.

Tarix: 6 Yanvar 16:24    Oxunub: 307    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 Noyabr 2017
19 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.