Rövnəq Abdullayev məhkəmənin qərarını gözləyir

“Belə böyük bir tədbirin Bakıda keçirilməsinə razılıq verdiyi üçün Beynəlxalq Cüdo Federasiyasının (İJF) prezidenti Marius Vizerə təşəkkür edirəm. 100 ölkədən 400-ə yaxın nümayəndə gəlib və bu, bütün dünyanı əhatə edən bir seminardı” - Sportinfo.az-ın məlumatına görə, bunu Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev deyib.
 
Bu gün Bakıda cüdo hakimləri və məşqçiləri üçün təşkil edilən seminarın startından öncə brifinq keçirən federasiya prezidenti bundan məmnunluq duyduğunu söyləyib: “Çalışacağıq ki, qonaqlara Azərbaycanın və onun cüdosunun inkişafda olduğunu göstərək. Çox şadıq ki, cüdonun inkişafı yolunda böyük dəyişikliklər məhz ölkəmizdə baş verəcək. Bu da bizim üçün şərəfdi. Azərbaycanda artıq on minlərlə uşaq cüdo ilə məşğul olmağa başlayıb. Bu idman növü ölkəmizdə populyarlaşıb. Bu populyarlığın nəticəsidi ki, dünya böyükləri bura toplaşırlar. Gələn il ölkəmizdə keçiriləcək dünya çempionatının cüdonun inkişafına böyük təkan verəcəyinə inanıram”.
 
Abdullayev cüdo üzrə milli komandamızın baş məşqçisi məsələsinə də münasibət bildirib. O, Avstriyada məhkəməsi davam edən baş məşqçi Peter Zayzenbaherlə bağlı hələ qərar vermədiklərini söyləyib. Federasiya prezidenti məhkəmənin yekununu gözlədiklərini vurğulayıb: “Gəlin, bu məsələyə məhkəmə bitdikdən sonra qayıdaq. Hələlik nəsə deməyim doğru olmaz”.

Tarix: 6 Yanvar 14:48    Oxunub: 341    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 Noyabr 2017
20 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.