Samir Abasov özünə hörmət etmirsə… "Sumqayıt"a nə qazandırasıdı?

Fasiləyə hərə öz dərdi, öz yarası ilə yollanıb. "Sumqayıt"da çatışmayan həm bu, həm də kluba rəhbərliyinin nə istədiyini bilməməsidi. Gah gəncləşmə siyasəti apardığı zənn edilərkən, heyətdə əsasən yaşlılar, gah da ümidsizlər oynayır, lazım olan futbolçular isə asanlıqla başqa klublara verilir. İlk növbədə klub buna son qoymalıdı. 

 

Çünki onun dərhal əldən verdiyi futbolçular digər kollektivlərdə də püxtələşə bilmirlər. Bunun ilk səbəbi həm rəhbərliyin, həm məşqçi korpusunun, həm də futbolçuların işinə yanaşmasındakı yanlışlıqlardı. İlk növbədə burdan başlamalıdılar. 


Samir Abasov hələ qovulmayıb? Deyəsən, belə fikirləri də yoxdu axı. Çox pis! Fərhada ilyarım vaxt versəydilər, Bisütun dağını çapıb yerə qoyardı. Abasov bu müddətdə qışqırıb-bağırmaqdan savayı, nə isə öyrənməyibsə, bəs nə vaxt "Sumqayıt"ı komanda düzəldəcək?

 

Uşaq bələyindən bəlli edir ki, böyüyüb kim olacaq, hansı yolu tutub gedəcək. Ceyhun Sultanov nə əcəbsə Kamran Quliyevə yardımçı olmağa gecikir. Klubun baş meneceri olasan, baş məşqçinin ləpirini götürməyən… Çox qəribədi. 


"Sumqayıt"ın Premyer Liqada 4-cü yeri tutmağa şansı var. Az da olsa. Azı çox da etmək olardı. Samir Abasov payızın ilk ayağında istefaya göndərilsəydi, bu komanda daha yaxşı nəticə qazanardı. Abasovu texniki zonadan göndərmirlər göndərməsinlər, heç olmasa, 1-2 həftəlik Qurban Qurbanovun yanına göndərsinlər. Qoy, Qurban ona futbolçularla ünsiyyət qaydalarını başa salsın, bir az dəyişsin. Məşq keçməyi sonra da görüb-götürə bilər. 


Məşqçi pedaqoq olmalıdı. Etika-estetikanı mükəmməl bilməsə də, adi danışıq və davranış tərzini mənimsəməlidi, "qırmızı xətt"i keçməməlidi. Abasov futbolçusunu ələ salır, jurnalistlərə satır, həmkarlarına qarğış yağdırır, hakimlərə sitəm edir. Axı nə qədər olar bu? Futbolçunun baş məşqçisindən zəndeyi-zəhləsi gedirsə, kolleqalar, hakimlər niyə ehtiram göstərsin ona? Abasov özüyçün bunu qazanmayıb, "Sumqayıt"a nə qazandırasıdı?


MUSA

Tarix: 6 Yanvar 13:00    Oxunub: 376    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

17 Yanvar 2017
16 Yanvar 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.