Sillə vuran prezident - VİDEO

Türkiyə qadın basketbolçular arasında Super Liqasının pley-off oyununda insident yaşanıb. Sportinfo.az xəbər verir ki, hadisə “Fənərbağça” ilə “Yakın Doğu Üniversitesi” matçında baş verib. “Fənərbağça” prezidenti Əziz Yıldırım ona salam verən rəqib komandanın prezidenti İşık Eygüngörə şillə vurub.

 

Polislərin müdaxiləsindən sonra vəziyyət normallaşıb. Matç başa çatdıqdan sonra Əziz Yıldırım mətbuata açıqlamasında İşık Eygüngörü əxlaqsızlıqda günahlandırıb. Onun sözlərinə görə “Yakın Doğu Üniversitesi”nin rəhbərliyi finaldan əvvəl “Fənərbağça”lı oyunçulardan bəzilərinə transfer təklif edib. Türkiyə Gənclik və İdman Nazirliyi olayla bağlı araşdırmaya başladığını açıqlayıb.

 

Tarix: 8 May 00:53    Oxunub: 418    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 Fevral 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.