Millimizin üzvü içdi, gecə klubunda dava saldı, polisin əmrinə tabe olmadı – DETEKTİV OLAY!

Qurban Qurbanovun yeni mövsüm üçün heyətdə düşünmədiyi Elvin Yunuszadə ilə bağlı sosial şəbəkədə ilginc məlumat yayılıb. Xəbərə görə, "Qarabağ"ın futbolçusu dünən axşam saatlarında alkoqollu vəziyyətdə gecə klublarının birində dava salıb, sonra isə avtomobilinə minərək oranı tərk edib.

 

YPX əməkdaşları onu yolda saxlamaq istəsələr də, əmrə tabe olmayıb. Sonradan isə onu saxlamaq mümkün olub. Bu zaman Elvin polis əməkdaşlarıyla əlbəyaxa davaya çıxıb. Belədə asayiş keşikçiləri millinin sabiq müdafiəçisini akoqol vasitələrdən istifadə etdiyi üçün sərxoşluğu təyin etmə məntəqəsinə aparıb. Lakin müayinədən keçməyən Elvin ordan qaçıb 

 

Bununla bağlı "Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov Sportinfo.az-a açıqlama verib: "Elvin Yunuszadəni sakit oğlan kimi tanıyıram. Mən onda dalaşqan xarakterli nəsə görməmişəm. Bildiymə görə, içən deyil. Amma yenə də bu xəbərləri araşdıracağıq. Bu, şayiədən başqa bir şey deyil".

Tarix: 3 May 14:12    Oxunub: 1044    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

22 Yanvar 2018
21 Yanvar 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.