Azərbaycanın sərbəst güləşçiləri dünya reytinqində 2-ci yeri tutdu

Dünya Güləş Birliyi 2017-ci ilin ilk reytinq siyahısını açıqlayıb. Sportinfo.az xəbər verir ki, Azərbaycanın sərbəst güləşçilərindən 15-i siyahıda yer alıb. Onlardan 7-si öz çəki dərəcələrində ilk onluğa daxil ola bilib. 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının gümüş medalçıları Toğrul Əsgərov (65 kq) və Xetaq Qazyumov (97 kq) reytinqdə də 2-ci sırada qərarlaşıb. 

 

Olimpiadanın bürünc medalçıları Hacı Əliyev (61 kq), Cəbrayıl Həsənov (74 kq) və Şərif Şərifov (86 kq) 3-cüdü. Qeyri-olimpiya çəki dərəcəsində dünya çempionatının bürünc medalçısı Əhmədnəbi Qvarzatilov (61 kq) da reytinqə 3-cü sıradan daxil olub.

Tarix: 5 Yanvar 20:36    Oxunub: 141    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 Mart 2017
25 Mart 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.