Azərbaycan millisi “DTF Prezident Kuboku”nda 8 medal qazandı

Yunanıstanın paytaxtı Afinada keçirilən “DTF Prezident Kuboku”nda Azərbaycan taekvondoçuları 8 medal qazanıblar. Sportinfo.az-ın məlumatına görə, yarışın son iki günündə yığma üzvləri 1 qızıl, 2 gümüş və 1 bürünc medala sahib olublar. 

 

Qızıl medalı yeniyetmələr arasında 41 kq çəki dərəcəsində Ofeliya Allahverdiyeva əldə edib. Böyüklərdən ibarət yığmanın üzvü Qaşım Maqomedov (54 kq) və Radik İsaev (+87 kq) finalda uduzaraq, gümüş medala layiq görülüblər. Sina Bahrami (68 kq) isə yarmfinalda uduzaraq, bürünc medalla kifayətlənib.

 

Beləliklə, 51 ölkədən 2182 taekvondoçunun iştirak etdiyi və sayca ikinci olan G2 kateqoriyalı “DTF Prezident Kuboku” yarışında Azərbaycan millisi 2 qızıl, 2 gümüş və 4 bürünc medala sahib olub. Medalçılar il ərzində keçirilməsi nəzərdə tutulan Avropa birinciliyi və çempionatına öz çəkilərində əlavə lisenziya əldə edəcəklər.

 

Taekvondoçular turnirdə federasiyanın vitse-prezidenti Niyaməddin Paşayev və eləcə də, baş məşqçilər Reza Mehmandosut, Elnur Amanov, Məmməd Abdullayev, Səbuhi Zülhüqarov, böyük məşqçilər Rəşad Əhmədov və Zahid Məmmədovun rəhbərliyi altında mübarizə aparıblar. 

Tarix: 2 May 00:40    Oxunub: 89    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Avqust 2017
17 Avqust 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.