Beynəlxalq Cüdo Federasiyasının prezidenti Bakıya gəlir

Beynəlxaq Cüdo Federasiyasının (İJF) prezidenti Marius Vizer Bakıya gəlir. Sportinfo.az xəbər verir ki, rumıniyalı funksioner paytaxtda İJF-nin hakimlər və məşqçilər üçün keçirəcəyi beynəlxalq seminarına qatılacaq. Yanvarın 6-da start götürəcək seminarda 99 ölkədən 370 nümayəndə iştirak edəcək.

 

İki gün davam edəcək tədbirdə İJF-nin bütün komitə rəhbərləri, qitə federasiyalarının rəsmiləri, Fransa, Monqolustan, Türkiyə və bir çox ölkələrin federasiya prezidentləri də yer alacaq. Seminarda məqsəd cüdo idman növünün hakimlik və yarış qaydalarında olan yeniliklərin həm nəzəri, həm də praktiki olaraq iştirakçıların diqqətinə çatdırmaqdı.


Heydər Əliyev adına İdman Sarayında keçiriləcək seminara saat 09:30-da start veriləcək. Tədbir İJF və Azərbaycan Cüdo Federasiyasının rəsmi saytı, eləcə də Youtube kanalı vasitəsilə canlı yayımlanacaq. Marius Vizerin səfər çərçivəsində rəsmi görüşlərdə də iştirakı nəzərdə tutulub. 

Tarix: 5 Yanvar 18:24    Oxunub: 90    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 Fevral 2017
25 Fevral 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.