"Prezident bizə dedi ki, "İnter"də vəziyyət hələlik sabitdi"

İnter"inin yeni prezidenti Azər Əliyev bu gündən qış hazırlıqlarına başlayan komanda ilə görüşüb. Sportinfo.az xəbər verir ki, bu barədə "Report"a klubun baş məşqçisi Zaur Svanadze məlumat verib. 


Onun sözlərinə görə, gənc funksioner toplantıda "İnter"lə bağlı son günlər dolaşan şayiələrə aydınlıq gətirib: "Azər müəllim dedi ki, komandada vəziyyət sabitdi. Söz-söhbətlərə, "İnter"də problemlərin olduğunu deyənlərə inanmaq lazım deyil. Hələlik hər şey normaldı". 


Svanadze yanvarın 10-da Türkiyənin Antalya bölgəsinə təlim-məşq toplanışına yollanacaqlarını da əlavə edib. O, toplanış zamanı 3-4 yoxlama matçı keçirməyi planlaşdırdıqlarını vurğulayıb: "Hələlik potensial rəqiblər arasından seçim aparırıq. Rəqiblərimizin adlarına sabahadək tam aydılıq gələcək". 

 

"İnter"in bugünkü məşqinə yalnız Ağabala Ramazanov qatılmayıb. O, "Qarabağ"a transfer olunub. Komandadan ayrılacağı bildirilən daha bir futbolçu - Ruslan Abışov isə hazırlıq prosesində iştirak edib.

Tarix: 5 Yanvar 17:48    Oxunub: 126    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 Yanvar 2017
19 Yanvar 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.