Aldatdı, döydü, sonra... - FOTO

Amerikalı basketbolçu Ceff Vithey yenidən şəxsi həyatı ilə gündəmə gəlib. Sportinfo.az xəbər verir ki, "Utah Jazz" klubunun üzvü modellik edən sevgilisi Kennedi Summersi döyüb. Bir müddət əvvəl sevgilisini aldatdığı deyilən, indi isə onu döyən Ceffin bu hərəkətləri klub rəhbərliyini əsəbiləşdirib.

 

Basketbolçuya güzəşt etməyən rəhbərlik ona 2 oyunluq cəza verib. O, həyatını qaydaya salmasa, mövsümün sonunda komandadan qovulacaq. Kennedi Summers hələlik heç bir açıqlama verməyib. Manhattan Beach Polis Mərkəzindən isə bildirilib ki, fakt araşdırılır və qadının döyülməsi ilə bağlı ciddi şübhələr var.

 

Tarix: 30 Aprel 01:00    Oxunub: 784    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

26 May 2018
25 May 2018


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.