Azərbaycan taekvondoçusu Afinada qızıl medal qazandı

Azərbaycan taekvondoçusu Milad Beigi Hərçəqani Yunanıstanın paytaxtı Afinada “DTF Prezident Kuboku” yarışında qızıl medal qazanıb. Sportinfo.az xəbər verir ki, I Avropa Oyunlarının qalibi və 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı M.B.Hərçəqani ardıcıllıqla Demir Burak (Türkiyə), Uladzislau Saulukov (Belarus) və Apostolos Telikostoslovu (Yunanıstan) məğlub edərək finala vəsiqəni təmin edib.


80 kq çəki dərəcəsində mübarizə aparan Azərbaycan idmançısı həlledici döyüşdə Türkiyə təmsilçisi Yunis Sarıdan güclü olub. Qadın taekvondoçulardan Fəridə Əzizova (67 kq) isə Mollie Şofield (Almaniya), Yuliya Miyuts (Rusiya) və Dunya Lemayiçə (SLO) qalib gələrək yarmfinal mərhələsinə adlayıb. Lakin burada isveçli Elin Yohannsonu keçə bilməyib. F.Əzizova rəqibinə 3 - 7 hesabı ilə uduzaraq yarışı bürünc medalla başa vurub.


Gənclər arasında mübarizədə Cavad Ağayev fəqrlənib. 63 kq çəki dərəcəsində dayanq üzərinə çıxan yığma üzvü Peter Qarden (Danimarka), Yeqor Liak (Rusiya) və Denis Lantratovaya (Rusiya) qalib gəlsə də, yarımfinalda məğlubiyyətlə üzləşib. Slovakiyalı Filip Svekə uduzan C.Ağayev bürünc medalla kifayətlənib. Yarışın ilk günündə Azərbaycan taekvondoçusu Yaprak Eriş (57 kq) bürünc medala layiq görülüb. Turnirə aprelin 30-da yekun vurulacaq.

Tarix: 29 Aprel 14:24    Oxunub: 121    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Avqust 2017
17 Avqust 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.