“Fənərbağça” əvvəl Azərbaycan çempionunu qəbul edəcək

Qadın voleybolçular arasında Türkiyə kubokunun final mərhələsinin vaxtı dəqiqləşib. Sportinfo.az-ın məlumatına görə, 8 komandanın mübarizə aparacağı oyunlar yanvarın 15-də start götürəcək. Çempionlar Liqasında “Azərreyl”in rəqibi olan “Fənərbağça” həmin gün “Sarıyer Bələdiyyəspor”la üz-üzə gələcək. Ankarada baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.
 
Digər cütlərdə “Vakıfbank” “Nilüfer Bələdiyyəspor”la, “Qalatasaray” “Bursa BB” ilə və “Əczaçıbaşı” “Halkbank”la qarşılaşacaq. Qaliblər ertəsi gün yarımfinalda üz-üzə gələcəklər. Yanvarın 17-də isə çempion müəyyənləşəcək. “Fənərbağça” kubok matçlarından öncə “Azərreyl”lə oynayacaq. İstanbul təmsilçisi Azərbaycan çempionu yanvarın 11-də qəbul edəcək.

Tarix: 4 Yanvar 19:00    Oxunub: 162    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

21 Fevral 2017
20 Fevral 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.