“Əsl kişi qarşılaşması oldu”

Avropa Liqasının 1/4 final mərhələsinin cavab oyununda “Beşiktaş”ı oyunsonrası penaltilər seriyasında məğlub edərək yarımfinala vəsiqə qazanan “Lion”un qolkiperi Antoni Lopes oyunla bağlı fikirlərini bildirib. İlk oyunda 2:1 hesabıyla qalib gələn “Lion” cavab oyununda eyni hesabla məğlub olsa da, oyunsonrası penaltilər seriyasında 7:6 hesabıyla qalib gələrək, yarımfinala vəsiqə qazanıb.

 

Sportinfo.az xəbər verir ki, oyunsonrası penaltilər seriyasında iki penaltini zərərsizləşdirərək komandasının qələbəsində mühüm rol oynayan qolkiper Fransanın “Ekip” nəşrinə açıqlamasında iki möhtəşəm oyun keçirdiklərini deyib:

 

“Unudulmaz bir gün yaşadım. İstanbula gələrkən “Vodafon Arena” barədə eşitmişdik. Ancaq bu cür atmosferi yaşamadan anlamaq mümkün deyil. Bu stadiondakı atmosfer doğrudan çox möhtəşəmdi. Əsl kişi qarşılaşması oldu. Kuarejmanın zərbəsi dirəkdən qayıtmasaydı, sevinən “Beşiktaş” olacaqdı. Çox yüksək səviyyəli iki oyun keçirdik”.

Tarix: 21 Aprel 19:12    Oxunub: 208    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

19 Noyabr 2017
18 Noyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.