FOTOSESSİYA - Bunu ancaq "Sumqayıt"dan gözləmək olar

"Kapital Bank" ASC, "Paşa Həyat Sığorta" ASC-nin sponsorluğu, Təhsil Nazirliyi, Sumqayıt Şəhər İcra Hakimiyyəti, Sumqayıt Şəhər Təhsil Şöbəsi, "Azərikimya" İB və "Sumqayıt" ın təşkilatçılığı ilə Sumqayıt məktəbliləri üçün təşkil olunmuş "Futbol və Sağlam Həyat" layihəsi davam edir.

 

Sportinfo.az xəbər verir ki, layihə bu dəfə Sumqayıtın 16 saylı orta məktəbində keçirilib. Tədbirdə həmin təhsil ocağı ilə yanaşı 1, 9, 42, 8, 43 və 5 saylı orta məktəbin şagirdləri də iştirak edib. Qeyd edək ki, baş tutan tədbirdə 70 məktəbli iştirak edib.

 

Nəzərdə tutulduğu kimi "Sumqayıt" FK-nın akademiyasının məşqçi heyəti şagirdlərə futbol oyunu haqqında hazırladığı proqramı təqdim edib. Tədbirdə "Sumqayıt" FK-nın U-10 komandasının baş məşqçisi Zahir Əsgərov və qızlardan ibarət komandamızın üzvləri iştirak edib. Yekunda iştirakçılara "Sumqayıt" FK-nın idman geyimləri, "Kapital Bank" ASC-nin hazırladığı xüsusi hədiyyələr təqdim edilib.

 

Tarix: 21 Aprel 18:48    Oxunub: 507    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Oktyabr 2017
17 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.