FİFA referisi "Səbail"ə həyat, "Şəmkir"ə "ölüm" hökmü verdi

Bu gün I Divizionda XXV turun oyunları keçirilib. Sportinfo.az xəbər verir ki, çempiğonluğunu ötən tur rəsmiləşdirən "Turan" Qusar səfərindən 1:1-lə ayrılıb. Gümüş medallara iddialılardan "Qaradağ Lökbatan" öz meydanında MOİK-ə 3 cavabsız top buraxıb. "Ağsu" isə gözlənilmədən "Zaqatala"nı 4:0 hesabıyla məğlubiyyətə uğradıb. Heç bir iddiası qalmayan "Mil-Muğan" Qazaxda "şou" göstəriö.

 

"Göyəzən"lə görüş Aqil Məmmədovun böyükhesablı qələbəsiylə başa çatıb - 7:3. "Energetik" - "Bakılı" oyununda tərəflər hərəyə 1 dəfə fərqlənibsə, "Şəmk"ir Bayıldan əliboş dönüb və bununla, ikinci yeri tutaraq Premyer Liqaya birbaşa vəsiqə qazanmaq şansını itirib.

 

"Səbail" Elvin Adışirinlinin son saniyələrdə vurduğu qola sevinməklə bahəm, Əliyar Ağayevə minnətdarlıq etməlidi. FİFA referisi ikinci hissənin əvvəlində "Səbail"in qapısına penalti zərbəsi təyin etməyib. Hansı ki, həmin epizodda Saşa Yunisoğlunun topun istiqamətini əllə dəyişməsini hətta Marsdan da görmək mümkün idi. 

 

“Səbail” - “Şəmkir” 1:0
Elvin Adışirinli, 90+1

 

“Göyəzən” - “Mil-Muğan” 3:7
Orxan Əsgərov, 59; Aqşin Sadıqov, 80; Cavid Nuriyev, 84 // Vüqar Əlibabayev, 13; Bayram Əliyev, 26, 32; Raul Yaqubzadə, 37, 63 Mənsur Nəhavəndi, 38; Bayram Əliyev, 75

 

“Ağsu” - “Zaqatala” 4:0
Adil Tağıyev, 22, 39; Elnur Səmədov, 36; Əli Bağırov, 75 

 

“Qaradağ Lökbatan” - MOİK 3:0
Rüfət Məmmədov, 10, 28; Əliağa Xudiyev, 57

 

“Şahdağ” - “Turan Tovuz” 1:1
Vüqar Asəliyev, 83 // Rəhman Tağıyev, 36

 

“Energetik” - “Bakılı” 1:1
Elməddin Cəfərov, 45+1 // Aslan Hüseynov, 34

N Klublar O Q H M T-F X
1 Turan Tovuz 25 17 7 1 60-10 58
2 Səbail 25 17 3 5 73-24 54
3 Qaradağ Lökbatan 25 17 1 7 63-29 52
4 Ağsu 25 16 4 5 63-21 52
5 Şəmkir 25 15 2 8 41-20 47
6 Zaqatala 25 14 4 7 66-31 46
7 Mil-Muğan 25 12 5 8 45-32 41
8 MOİK 25 9 6 10 41-30 33
9 Şahdağ 25 7 6 12 33-45 27
10 Şərurspor 25 7 4 14 36-51 25
11 Energetik 25 5 5 15 24-78 20
12 Bakılı 25 3 4 20 29-92 11
13 Rəvan 25 6 1 18 24-67 10
14 Göyəzən 25 2 4 19 19-93 10

Oruc Balaşlı ("Zaqatala") - 27 qol
Rəhman Musayev ("Turan Tovuz") - 23 qol
Rüfət Məmmədov ("Qaradağ Lökbatan") - 22 qol


Qeyd: FIFA tələbinə əsasən "Rəvan"ın aktivindən 9 xal silinib. 
FIFA tələbinə əsasən "Rəvan" və "Şərurspor" klubları 20-ci turdan etibarən çempionatdan kənarlaşdırılıb. İntizam Komitəsinin qərarına əsasən növbəti oyunlarda hər iki komandaya 0-3 hesablı texniki məğlubiyyət veriləcək.   

Tarix: 21 Aprel 18:36    Oxunub: 371    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 Aprel 2017
23 Aprel 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.