"Qarabağ"a transferim haqda heç nə danışmaq istəmirəm"

"Qarabağ" variantı barədə hələlik heç nə deyə bilmərəm. Hələlik danışmaq istəmirəm. Hansı qərar verəcəyimi vaxtı çatanda özünüz görəcəksiz" - bu sözləri Sportinfo.az-a açıqlamasında "İnter"in hücumçusu Rauf Əliyev deyib. 


Cari mövsüm əla təsir bağışlayan, üzləşdiyi məhrumiyyətlərə baxmayaraq klubun avrokuboklara vəsiqə qazanmasına vurduğu kritik qollarla tövhə verən forvardın müqaviləsi başa çatmaq üzrədi. "Zirə" və "Səbail"lə yanaşı, vaxtilə formasını geyindiyi "Qarabağ"la "Neftçi"nin də onun xidmətində maraqlı olduğu bildirilir.

 

Əliyevi dinləyək: "Özümüz də bilmirik ki, "İnter"in gələcək taleyi necə olacaq. Hamımız bunun bilinməsini gözləyirik. Yalnız bundan sonra seçimimi edəcəm. Təkliflər var, ancaq heç bir klubla danışıqlar aparmamışam. Təklif göndərən klubların şərtləri ilə tanış deyiləm. Qardaş, bu gün haqqımda nə xəbər çıxırsa, hamısı mətbuatın işidi. Özüm hələ heç nə bilmirəm".

Tarix: 21 Aprel 18:12    Oxunub: 884    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

15 Dekabr 2017
14 Dekabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.