Məhəmməd Milan "İnter"inə qol vurdu, "Qəbələ" uduzdu - VİDEO

"Qəbələ"nin U-16 komandası Gürcüstanın paytaxtı Tiflisdə keçirilən Vitali Dareseliya turnirində mübarizəyə start verib. Sportinfo.az xəbər verir ki, aprelin 20-25-də keçiriləcək yarışın ilk günü geridə qalıb. “Qəbələ” A qrupunda İtaliya “İnter”i ilə gücünü sınayıb. Matç italyanların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Komandamızın qolunu Məhəmməd Məhərrəmov vurub. Şəhruz Mustafayevin komandası ikinci oyunda meydan sahibi Tiflis "Dinamo"su ilə qarşılaşacaq. Matç bu gün, saat 16:00-da keçiriləcək. "Qəbələ" qrupdakı digər rəqibi Belçika "Gent"i olacaq. Matç sabah - aprelin 22-də keçiriləcək.

 

Tarix: 21 Aprel 17:48    Oxunub: 87    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

24 Aprel 2017
23 Aprel 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.