"Allah mənə və dostlarıma maddi imkan yetirib, "Şəmkir"i Premyer Liqaya çıxarırıq"

"Premyer Liqada çıxış etmək üçün AFFA 5 şərti yerinə yetirməyimizi istəyir. Onlardan dördünə cavab vermişik. Kadr-inzibati meyarı qalıb bircə. Onu da tezliklə həll edəcəyik" - bu sözləri Sportinfo.az-a açıqlamasında "Şəmkir"in prezidenti Elvin Səfərli deyib.


I Divizionda çıxış edən klubun rəhbəri bildirib ki, maliyyə çətinliyi onlara yaddı: "Allah mənə və dostlarıma imkan yetirib, "Şəmkir"i yaşadırıq. Problemimiz olsaydı, mən bunu gizlətməzdim. Bu mövsüm yeganə divizion klubuyuq ki, PFL-ə bank zəmanəti verdik. PFL-in müəyyənləşdirdiyindən daha artıq məbləğ qoyduq ortalığa.

 

Ramin Musayevdən də soruşa bilərsiz bunu. PFL prezidenti püşkatma mərasimində də dedi ki, "Şəmkir"dən zəmanət məktubu almışıq. Premyer Liqada çıxış etməyə yenə bənk zəmanəti lazımdı, onu da verməyə hazırıq. Özü də biz birbaşa UEFA lisenziyası almaq niyyətindəyik. Gecə-gündüz işləyirik ki, "Şəmkir"in başqa bir problemi yaranmasın, bütün sənədlərimiz qaydasında olsun və biz Premyer Liqada oynayaq.

 

Hərdən mənə sual verirlər ki, eyni işi görməyə niyə 3 adam götürmüsüz kluba? Bilirsiz ki, "Simurq"dan tanıdığınız Vaqif Əliyev, "Kəpəz"in uğurlarında böyük xidməti olmuş Nrfəl Əzizov və Habil müəllim idman direktoru vəzifəsini daşıyır. Səbəbini deyim sizə… Bu üç şəxs lisenziyalaşdırma proqramının tələblərini yerinə yetirməklə məşğuldum. Bir dəqiqə də boş vaxtları yoxdu, bütün günü çalışırlar. AFFA-nın qarşımıza qoyduğu 5 meyarla tanış olanlar vəziyyətimizi başa düşər.

 

Şəmkir uzun illər futbolsuz qalıb və klub bərpa ediləndən sonra da Premyer Liqaya çıxmağı tələb edən olmayıb. AFFA-nın imkanı yalnız ona çatıb ki, komandaya baxsın. İnfrastrukturu dağılmış klubun bu tələblərin öhdəsindən gəlməsi, təsəvvür edin ki, bizə nə çətinliklər yaradır. Amma burdan bütün "Şəmkir"sevərlərə səslənirəm: tezliklə doğma klubunuzu Premyer Liqada görəcəksiz.

 

Təkcə mart ayında infrastrukturla bağlı işlərə 243 min avro səfr etmişik. Premyer Liqada oynamağa iddiamız olmasaydı, bu qədər xərci niyə çəkirdik? Yeni mövsümdə başqa "Şəmkir" görəcəksiz. Məşqçi korpusundan tutmuş futbolçularadək - hər şeyə aydınlıq gətirmişik. Komandada çalışacaq məşqçilərin adları bizə bəllidi.

 

Hələlik ad açıqlamaq istəmirəm, çünki bəzi məqamlar var. Artıq 10-dan artıq futbolçuyla danışmışıq. Hazırkı heyətdən kimlərin qalacağını mən deyə bilmərəm. O uşaqların özündən asılıdı. Yaxşı oynasınlar, qalsınlar. Quracağımız heyət çempionatda qalmaq uğrunda mübarizə aparmayacağıq. İlk ildəcə avrokuboklara iddialı olacağıq".

 

Tarix: 21 Aprel 17:24    Oxunub: 1635    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

25 İyun 2017
24 İyun 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.