PFL 27-ci turun təqvimində dəyişiklik etdi - Mükafatçılara görə

Topaz Premyer Liqasının 27-ci turunun “Qəbələ” – “İnter” görüşünün tarixi dəyişdirilib. Sportinfo.az xəbər verir ki, Peşəkar Futbol Liqası matçın əvvəlcədən nəzərdə tutulduğu kimi 23 apreldə deyil, 24 apreldə keçirilməsinə qərar verib. Görüşün start fiti 24 aprel saat 14:30-da veriləcək və qarşılaşma "CBC Sport" kanalı vasitəsi ilə canlı yayımlanacaq. 

 

Bildiyiniz kimi, “Qəbələ” və “İnter” klubları mükafatçılar sırasındadırlar. Bu görüşün nəticəsindən asılı olaraq, komandalara medallar təqdim oluna bilər. Premyer Liqanın 2016/2017-ci illər mövsümünün qalibi olan “Qarabağ” klubuna da çempionluq və qızıl medallar 27-ci turda veriləcək. Belə ki, “Qarabağ” mükafatlarına doğma meydanı olan “Azersun Arena”da keçiriləcək “Sumqayıt”la görüşdən sonra qovuşacaq.

Tarix: 21 Aprel 16:12    Oxunub: 186    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

18 Oktyabr 2017
17 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.