AFFA-dan "Turan"a mesaj: "Pulumuz yoxdu, sponsor tapın"

"Turan Tovuz” ötən həftə tarixində ilk dəfə titul qazandı. 2015-ci ildə yaradılan klub I Divizionun çempionu adına yiyələndi. Əsgər Abdullayevin komandası bunu mövsümün sonuna 2 tur qalmış bacardı. Qərblilər XXIV turdan sonra xal hesabını 57-yə çatdırıb və izləyiciləri üçün əlçatmaz olub. Düzdü, “Səbail” liderə çata bilər. Amma şəxsi oyunlardakı üstünlük (2:1, 0:0) “Turan Tovuz”un 1-ci yer tutması üçün kifayət edib. 

 

İlk uğurunu qazanan 2 yaşlı klub divizion tarixinə 23-cü çempion kimi düşüb. 22 yarışdan birində - 1994/95 mövsümündə final mərhələsi 2 qrupda keçirilib. Qrup qalibləri güclülər dəstəsinə yüksəlsə də, öz aralarında ən yaxşını müəyyənləşdirməyib. Həmin mövsümdə hər iki komandanı çempion hesab etsək, I diviziondakı 23 qalibdən yalnız biri bu uğuru 2 dəfə əldə edib. “Neftçala” 2014/15 və 2015/16 mövsümlərində qızıl medallara yiyələnib.


"Turan"ın Premyer Liqaya dönüşünü hər birimiz istəyirik. Tovuz futbolçu bulağıdı, bu rayondan həmişə istedadlı gənclər çıxıb, çıxır və çıxacaq. Qərblilər elitada çıxış etməklə, qazanacaq və qazandıracaq. Demək olar bütün komandaların heyətində tovuzlular çıxış edir və onları bir yerə yığsalar, "Turan"ın qarşısında əjdaha da duruş gətirməz. Bunun üçün heç nə yox, babat pul lazımdı. Dərd bu deyilmi?

 

Son günlər mndiada xəbərlər yayılıb ki, İlham Rəhimov - Rusiya prezidenti Vladimir Putinin dostu kitmi tanınan iş adamı, nəhayət, doğma rayonunun təmsilçisinə hamil etməyə razılaşıb. Moskvadakı mənbələrdən verilən məlumata görə, Rusiya paytaxtının ən böyük meyvə-tərəvəz bazası sayılan “Fud-Siti” “Turan Tovuz”a sponsorluq edə bilər.

 

Mənbənin dediyinə görə, əslən Tovuzdan olan İlham Rəhimovun da pay sahibi olduğu bu bazanı əslən Qubadan olan milyonçular Qod Nisanov və Zarah İliyev idarə edir. Mənbənin dediyinə görə, Vladimir Putinin dostu kimi tanınan Rəhimov ona edilən müraciətlərdən sonra doğma rayonunun klubuna dəstək vermək qərarına gəlib.


Bu tip informasiyaların yayılmasına ilk dəfə rpstlanmırıq. Çoxdanın söhbətidi. Nə vaxt "Turan" yaddan çıxır, İ.Rəhimov gündəmə gətirilir. Nağıllardakı kimi. Çi fayda, Rəhimov "ağ ağlı oğlan" obrazını sonacan oynamır, söz-söhbətlər ciddiləşincə, məlum olur ki, o, nə hayda "Turan" nə hayda! Rəhimov bəlkə də "Turan"ın adını eşidib. Bəlkə oyununa da baxıb vaxtilə. Klubun nə vəziyyətdə olmasını bilmir bəlkə indi. Və ona deyən, deyə bilən yoxdu ki, "Turan" sizdən imdad diləyir. 


AFFA-dan Sportinfo.az-a verilən məlumata görə, Tovuz təmsilçisinin çempionluğu rəhbərliyi təəccübləndirib. Onlar "Turan"dan bunu gözləmirmiş. Güman ediblər ki, "Səbail" birinci, "Zaqatala" ikinci olacaq. Qərblilər rəqiblərini qabaqladığı üçün federasiya təzyiqlə üzləşib.

 

Bir sıra dairələrdən AFFA və SOCAR-a ismarıc göndərilib ki, "Turan"a yardım etsin. Gəl ki, əməkdaşlıq təklif edən yoxdu. Qurumun qarşı tərəfə mesajı isə netdi: "Biz "Kəpəz" və "Səbail"ə güclə baxırıq, "Turan"a pulumuz çatmır. Sponsor olsa, biz də kənardan dəstək olarıq".

Tarix: 21 Aprel 16:36    Oxunub: 772    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

20 Oktyabr 2017
19 Oktyabr 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.