Prosineçki millidə qalmaq istəyirsə, Madriddə niyə ev axtarır?

Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçkinin agenti Yaşar Çalşır onunla "Valensiya"nın maraqlandığını növbəti dəfə təsdiq edb. FİFA menecer İspaniya mətbuatına açıqlamasında məsələyə belə münasibət bildirib: "Bəli, "Valensiya" Robert Prosineçki ilə danışıqlarda maraqlıdı. Klubun idman drektoru bu barədə mənə şəxsən məlumat verib. Amma daha ətraflı danışa bilməyəcəm". 

 

Prosineçkinin AFFA ilə müqaviləsi 2017-ci ilin dekabr ayınadək nəzərdə tutulub. Bir neçə gün əvvəl xorvatiyalı çalışdırıcı açıqlamasında bu iddiaları təkzib etmiş, "Valensiya" ilə danışıqlar masası arxasına keçmədiyini bildirmişdi. İndi də belə,..

 

Prosineçki belə-belə işini görür. AFFA yatmasın və xam xəyallara uymasın. Nə qədər gec deyil, yeni baş məşqçi sifariş etsinlər. Bir də gördük, yayda müqaviləsini birtərəfli qaydada pozdu, heç ilin sonunu gözləmədi. Anlaşma sürəcənin uzadılmasını ağıllarına yaxın da buraxmasınlar. 


O, Bakıyla vidalaşacağı günü iplə çəkir. AFFA yanvarda "Bursaspor"la kontrakt bağlamasına icazə versəydi, münasibətlər daxilən korlanmazdı. Prosineçki bu gün iş yerindədi, lazım olanda AFFA rəsmiləri ilə görüşür, deyib-gülür. Özünü o yerə qoymur, incikliyini hiss etdirmir. Əlaltından isə işini görür, beynində qətiləşdirdiyi planı həyata keçirir. AFFA bir bunu da araşdırsın: əgər balkanlının fikri Bakıda qalmaqdısa, Madriddə niyə ev axtarır?


SPORTİNFO.AZ

Tarix: 21 Aprel 16:24    Oxunub: 237    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

27 May 2017
26 May 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.