Avropa Liqasında yarımfinal cütləri məlum oldu

Bu gün Avropa Liqasında yarımfinal mərhələsinin püşkü atılıb. Sportinfo.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən püşkatmadan sonra yarımfinalda qarşılaşacaq cütlüklər məlum olub. Püşkün nəticəsinə əsasən, Avroliqanın yarımfinalında “Mançester Yunayted” “Selta” ilə, “Ayaks” isə “Lion”la mübarizə aparacaq.

 

Avropa Liqasında yarımfinalın ilk görüşləri mayın 4-də, cavab matçları isə bir həftə sonra oynanılacaq. Turnirin final oyunu mayın 24-də İsveçin paytaxtı Stokholmda, “Friends Arena in Solna”da keçiriləcək. Finalda nominal meydan sahibi "Ayaks" - "Lion" cütünün qalibi olacaq.

Tarix: 21 Aprel 15:24    Oxunub: 92    Müəllif: Sportinfo.az

Digər xəbərlər

Köşə yazarları

Xəbər xətti

29 Aprel 2017
28 Aprel 2017


















2013 - 2016 Sportinfo.az Sayt Mozilla Firefox, Opera və İnternet Explorer ilə də tam dəstəklənir. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.